İngiltərə Premyer Liqası komandası "Mançester Siti"nin müdafiəçisi Manuel Akanji zədə səbəbiylə mövsümü bitirə bilər.
Mançester Siti"nin müdafiəçisi Manuel Akanji mövsümün qalan hissəsini buraxa bilər.
"Operativ Media" xəbər verir ki, bu haqda İngiltərə mətbuatı məlumat yayıb.
Məlumata görə, 29 yaşlı isveçrəli Çempionlar Liqasının “Real”la oyununda (2:3) zədələnib və yaxın aylarda yaşıl meydanlardan kənarda qalacaq.
Akanji bu mövsüm 30 oyun keçirib və 1 məhsuldar ötürmə edib.