“Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması haqqında” qanun layihəsinin parlamentdə qəbul edilməsi ölkənin dərhal Aİ-yə üzv olacağı anlamına gəlmir.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin Avropaya inteqrasiya üzrə daimi komitəsinin rəhbəri Arman Yeqoyan deyib.
O, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun reaksiyasını şərh edərkən bildirib ki, Ermənistanın 4 qonşusundan iki ölkə - Gürcüstan və Türkiyə bu struktura qoşulmağa namizəddir:
“Ümumən 9 dövlət Aİ-yə mümkün üzvlük üçün namizəddir. Qanun layihəsinin qəbulu Aİ-yə üzv olmaq üçün namizəd statusunun alınması prosesinin başlanması deməkdir və siyasi danışıqların predmetidir”.
Telegram kanalımız