Kayseridə mebel fabrikində 3 nəfərin həyatını itirdiyi yanğının baş verdiyi anın görüntüləri ortaya çıxıb.
Medianews.az xəbər verir ki, hadisə fabrikin təhlükəsizlik kamerasına saniyə-saniyə əks olunub.
Hadisə zamanı əraziyə polis, təcili yardım və xilasetmə qrupları gəlib. Yanğın yanğınsöndürənlər tərəfindən 3 saat ərzində söndürülüb. Hadisə zamanı fabrikin işçiləri 54 yaşlı İşçilər Mustafa Dirmen , 48 yaşlı Suzan Çakır və 40 yaşlı İmran Oğuz Kayan həyatını itirib.
Kayseri Respublika Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində fabrikin baş direktoru və yanğının baş verdiyi əraziyə məsul olan 7 nəfər saxlanılıb. Saxlanılanlardan Serkan T. həbs edilib, digərləri isə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.
Sözügedən dəhşətli görüntüləri təqdim edirik.
Medianews.az