Türkiyədə stolüstü tennis üzrə keçirilən “WTT Youth Contender” turnirində finalçılar bəlli olub.
İdman.biz xəbər verər ki, U 15 kateqoriyasında Azərbaycan idmançıları - Onur Quluzadə ilə Yağmur Məmmədli bu gün qarışıq-qoşa yarışda həlledici görüşdə iştirak hüququ qazanıblar.
Onlar finaladək irəliləməklə minimum gümüş mükafatı təmin ediblər.
Quluzadə - Məmmədli tandemi sabah keçiriləcək həlledici qarşılaşmada Türkiyə təmsilçiləri ilə üz-üzə gələcək.
Qeyd edək ki, Onur Quluzadə ilə Yağmur Məmmədli yanvarda Dohada keçirilən “WTT Youth Star Contender” yarışının qarışıq-qoşa mübarizəsində bürünc mükafata layiq görülüb.
İdman.biz