Bakıda orta məktəblərin birində şagird bullinqə məruz qalıb.
Azreform.info xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 nömrəli orta məktəbin ərazisində baş verib.
Bir qrup məktəbli əlbir olaraq digər şagirdə qarşı zorakılıq nümayiş etdirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli BAKU.WS-ə bildirib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.