AZ

Kişmiş iki saat ərzində qlükoza səviyyəsini aşağı salır

Kişmiş

Amerika və Kanadadan olan bir qrup tədqiqatçı kişmişin 2-ci tip diabetdən əziyyət çəkən insanlara qan şəkərini nəzarətdə saxlamağa kömək etdiyini aşkar edib. Dəmir, lif və polifenollarla zəngin olan bu məhsul yeməkdən sonra iki saat ərzində qlükoza səviyyəsini aşağı sala bilir. Tədqiqatın nəticələri PubMed portalında dərc olunub.2-ci tip diabet insulin hormonunun çatışmazlığı və ya düzgün işləməməsi ilə xarakterizə olunur ki, bu da orqanizmin şəkəri emal etməsinə mane olur. Buna görə də qan şəkərinin stabil səviyyədə qalması əsas hədəfdir. Tərkibində təbii fruktoza olan kişmiş kimi məhsulların orta miqdarda istehlakı maddələr mübadiləsinə müsbət təsir göstərir.Eksperiment çərçivəsində on sağlam könüllü üç fərqli qidalanma variantını sınaqdan keçirib: nəzarət qrupu (ağ çörəklə) və fərqli miqdarda kişmiş (69 və 28 qram) yeyən qruplar. Nəticələr göstərib ki, kişmişlə zəngin hər iki pəhriz ağ çörəklə müqayisədə qan şəkərinin səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salıb və insulin reaksiyasını azaltmışdır.Buna baxmayaraq, mütəxəssislər kişmişin orta miqdarda istehlak edilməsini və pəhriz dəyişikliyindən əvvəl həkimlə məsləhətləşməyi tövsiyə edirlər.Səidə

Diqqət Çəkənlər

Azərbaycan Ermənistandan tam təzminat tələb edir

Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə gedib

Müalicəyə tabe olmayan qan laxtalanma pozuntusu aşkar edilib

Seçilən
9
ulusum.az

1Mənbələr