Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Perm müdafiə müəssisəsinin keçmiş işçisinə qarşı cinayət işi açılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
Müdafiə sənayesi müəssisəsində işləyən Perm sakini öz təşəbbüsü ilə xarici dövlətin nümayəndəsi ilə əlaqə saxlayıb və ona xidmət təklif edib. O, müdafiə sənayesi müəssisəsinin fəaliyyəti barədə Ukrayna xüsusi xidmət orqanlarına məlumat verib.
Qadına qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275.1-ci (“Xarici dövlətlə konfidensial əsaslarla əməkdaşlıq”) maddəsi ilə cinayət işi açılıb.
Aylin
XəzərNews.az
Xəbər 3 dəfə oxunub.