Bakı. Trend:
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın tapşırığıilə fevralın 12-də Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandanvitse-prezidenti, Milli Məclisin deputatı Sevil MikayılovaNyu-Yorkda Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin HazırlıqKomitəsinin (15SWSP) iclasında çıxış edib.
Trend xəbərverir ki, S.Mikayılova çıxışında dünya ölkələrinin parlamentlərininişinə inklüziv və çoxtərəfli yanaşmanın vacibliyini vurğulayaraq,gənc parlamentarilərin daha fəal iştirakının vacibliyini qeydedib.
Bununla bağlı deputat IPU-nun iyulun 28-də keçiriləcəksammitində iştirak edəcək milli nümayəndə heyətlərinin tərkibinə ənazı bir gənc parlamentarinin daxil edilməsi təklifi irəli sürüb. Butəklif qəbul edilib.
Bundan əlavə, S.Mikayılova qadınların dünya siyasətində kifayətqədər təmsil olunmaması problemini və qadın siyasətçilərin rolununartırılması üçün tədbirlərin görülməsinin zəruriliyini qeyd edib.Millət vəkili xüsusilə Azərbaycanın Birinci vitse-prezidentiMehriban Əliyevanın uğurlu fəaliyyətinin nümunəsinə diqqətçəkib.
Eyni zamanda, S.Mikayılova çıxışında Azərbaycanın genderbərabərliyi istiqamətində mühüm irəliləyişlər əldə etdiyinivurğulayaraq, Azərbaycan parlamentində qadın deputatların geniştəmsil olunduğunu, spiker vəzifəsində çalışanın da məhz qadınolduğunu qeyd edib.
İclasda Qadın Parlament Spikerlərinin Sammitinə HazırlıqKomitəsinin 18 oktyabr 2024-cü il tarixində keçirilmiş ikinciiclasının hesabatı təsdiq edilib, iyulun 28-də Cenevrədəkeçiriləcək Qadın Parlament Spikerlərinin 15-ci Sammitinintəşkilati parametrlərinin yenilənmiş variantı razılaşdırılıb.Bundan əlavə, Sammitin ilkin proqramı təsdiq edilib. Əsasməruzəçilər və panelistlər kimi dəvət edilməsi planlaşdırılanxüsusi qonaqların siyahısı da nəzərdən keçirilib. HazırlıqKomitəsinin məqsədlərinə uyğun olaraq, Parlament Spikerlərinin VIDünya Konfransının (6WCSP) prosesinə, gündəliyinə və nəticələrinəgender bərabərliyi prinsiplərinin inteqrasiyası yollarına dairmüzakirə aparılıb.
İclas bu gün öz işini davam etdirəcək.
Qeyd edək ki, Sevil Mikayılova və Milli Məclisin deputatı SoltanMəmmədov Parlament Spikerlərinin 6-cı Dünya Konfransının, QadınParlament Spikerlərinin 15-ci Sammitinin təşkilat komitələrininiclaslarında və BMT-də parlament dinləmələrində iştirak etmək üçünNyu-Yorkda səfərdədirlər.
Milli Məclisin deputatları Parlamentlərarası İttifaqın və BMTBaş Assambleyası prezidentinin birgə təşəbbüsü ilə “Dayanıqlıİnkişaf Məqsədləri üzrə fəaliyyətin genişləndirilməsi: Maliyyə,İnstitutlar və Siyasət” mövzusunda BMT-nin Baş Qərargahındakeçiriləcək parlament dinləmələrində də iştirak edəcəklər.
60-dan çox ölkədən parlamentarilər, məsləhətçi və ekspertlərdaxil olmaqla 300-ə yaxın iştirakçının qatılacağı dinləmədəDayanıqlı İnkişaf üzrə 2030 gündəliyini yenidən işə salmağınyolları ətraflı nəzərdən keçiriləcək, bu sahədə parlamentlərin rolubarədə fikir mübadiləsi aparılacaq.
Deputatların Nyu-York səfəri fevralın 16-da başa çatacaq.