"Qarabağ"ın yarımmüdafiəçisi Yasin Benzia Qətərdən gələn təkliflə razılaşmayıb.
Offsideplus.az xəbər verir ki, əlcəzairli futbolçu "Umm-Salal" klubuna keçməkdən imtina edib. Qətər çempionatının autsayderi "Qarabağ"ın futbolçusu üçün konkret təklif göndərsə də, danışıqlar uğursuzluqla nəticələnib.
Xatırladaq ki, Benzia 2023-cü ilin yanvarından "Qarabağ"a çıxış edir.