"Qalatasaray"ın futbolçusu İtaliya nəhənginin "radarı"na düşüb.
Offsideplus.az xəbər verir ki, "Napoli" Barış Alper Yılmazın xidmətində maraqlıdır. Bu barədə "Takvim" nəşri məlumat yayıb.
Seriya A klubunun skautları "AZ Alkmaar" ilə oyunda Barış Alperi izləmək qərarı alıb.
Qeyd edək ki, 25 yaşlı hücumçu 2024/25 mövsümündə 32 oyuna çıxıb və 11 qola, 2 məhsuldar ötürməyə imza atıb.