AZ

Türkiyədə son bir həftədə 56 terrorçu zərərsizləşdirilib

Bakı, TurkicWorld

Türkiyə Milli Müdafiə Nazirliyi (MN) son bir həftə ərzində Şimali İraq və Suriya da daxil olmaqla, ölkə daxilində və sərhəd bölgələrində keçirilən əməliyyatlar nəticəsində 56 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, xəbər verir ki, bununla da 2025-ci ilin əvvəlindən etibarən zərərsizləşdirilən terrorçuların ümumi sayı 377-yə çatıb.

Nazirliyin mətbuat konfransında bildirilib ki, Türkiyə Silahlı Qüvvələri terrorun mənbəyində məhv edilməsi strategiyasını davam etdirir. Sərhədi qanunsuz keçməyə cəhd edən 614 nəfər saxlanılıb, ümumilikdə isə 8181 nəfərin sərhədi keçməsinin qarşısı alınıb.

Milli Müdafiə Nazirliyinin sözçüsü Kont-Amiral Zeki Aktürk, mətbuat brifinqində Qəzza məsələsinə də toxunaraq, İsrailin beynəlxalq hüququ pozduğunu və fələstinlilərə qarşı zülmün dayandırılmasının vacibliyini vurğulayıb. O, 1967-ci il sərhədlərinə əsaslanan iki dövlətli həllin həyata keçirilməsinin zəruri olduğunu qeyd edib.

Seçilən
13
turkic.world

1Mənbələr