Azərbaycan stolüstü tennisçiləri Türkiyənin Nevşehir şəhərində təşkil olunan “WTT Youth Contender” beynəlxalq turnirində finala vəsiqə qazanıblar.
Apasport.az xəbər verir ki, Onur Quluzadə ilə Yağmur Məmmədli U-15 yaş qrupunun qarışıq-qoşa kateqoriyasında ən azı gümüş medalı təmin ediblər.
Quluzadə - Məmmədli tandemi sabah keçiriləcək həlledici qarşılaşmada Türkiyə təmsilçiləri ilə üz-üzə gələcək.
Xatırladaq ki, Onur Quluzadə ilə Yağmur Məmmədli yanvarda Dohada keçirilən “WTT Youth Star Contender” yarışının qarışıq-qoşa kateqoriyasında bürünc mükafata layiq görülmüşdü.
Dünya Liqasının qrupları müəyyənləşdi
Stolüstü tennisçilərimiz Türkiyəyə yollanıblar
Azərbaycanın stolüstü tennisçiləri Latviyada beynəlxalq turnirinin qalibi olublar
ASTF rəsmilərinə vəzifə verildi
Stolüstü tennisçilərimiz Gimnaziadada mübarizə aparacaqlar