AZ

1-ci liqanın matçında 30 dəqiqəyə 4 qol

style='margin-bottom:10px;'>

Bu gün Azərbaycan 1-ci liqasında 14-cü tura start verilib.

QOL.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib.

"İmişi" öz meydanında "Qəbələ"ni qəbul edib. Bu, turun mərkəzi matçı hesab olunur.  "Qəbələ" sözügedən görüşdə 2:1 hesabı ilə qalib gəlib. Əyalət təmsilçisi bununla da 1-ci liqanın cari mövsümündə ilk qolunu buraxıb. Hazırda turnir cədvəlində "Qəbələ" 36 xalla lider, "İmişli" isə 24 xalla 3-cüdür.

2-ci yerdəki "Karvan" MOİK üzərində qələbə qazanıb və xallarının sayını 29-a çatdırıb.

Günün digər matçında isə "Cəbrayıl" "Mingəçevir"lə heç-heçə edib.

13 fevral 

Azərbaycan 1-ci liqası, 14-cü tur

14:00. “İmişli” – “Qəbələ”  - 1:2

Qollar: D.Rollo, 72 - Ş.Şahniyarov, 58, D.Massumo, 82

Hakimlər: Nicat İsmayıllı, Asif Abdullayev, Zakir Şükürzadə, Vüqar Həsənli

Heydər Əliyev adına İmişli şəhər stadionu

14:00. “Mingəçevir” – “Cəbrayıl” - 0:0

Hakimlər: Mahmud Bağırzadə, Elmin Süleymanov, Elman Kərimov, Rasim Musayev

Zaqatala OİK stadionu

14:00. “Karvan” – MOİK - 3:1

Qollar: B.Teymurov, 2, E.Qasımov, 6, R.Şabanov, 18 - V.Əsgərov, 29

Hakimlər: Emin Əliyev, Sənan Atayev, Rəhman Aslanov, Səbuhi Bayramov

Yevlax şəhər stadionu

14 fevral 

14:00. “Bakı Sportinq” – “Qaradağ Lökbatan”

14:00. “Zaqatala” – “Difai”

Seçilən
30
1
teleqraf.com

2Mənbələr