Bakı. Trend:
Cari ilin yanvar ayında Şahdəniz yatağından 300 min ton neft(kondensatla birlikdə) hasil edilib.
Trend bubarədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə100 min ton və ya 25% azdır. Belə ki, 2024-cü ilin yanvar ayındaŞahdəniz yatağından 400 min ton neft (kondensatla birlikdə) hasiledilib.
Bu ilin yanvar ayında Şahdəniz yatağından 2 milyard kubmetrtəbii qaz hasil edilib. Bu da, illik müqayisədə 400 milyon kubmetr,yaxud da 16,7% azdır. 2024-cü ilin yanvarında Şahdəniz yatağından2,4 milyard kubmetr təbii qaz hasil edilib.
Qeyd edək ki, ötən ay xaricə qaz satışı 2 milyard kubmetr təşkiledib. Bundan 1 milyard kubmetr Avropaya, 0,7 milyard kubmetrTürkiyəyə, 0,3 milyard kubmetr Gürcüstana satılıb. TürkiyəyəTANAP-la bu müddətdə 0,5 milyard kubmetr qaz nəql olunub.