AZ

Prezident dövlət xidmətinin bəzi əməkdaşlarını təltif etdi

Prezident dövlət xidmətinin bəzi əməkdaşlarını təltif etdiPrezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Sərəncama əsasən, Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

"Vətən uğrunda" medalı ilə

Babayev Azər Ələddin oğlu - polkovnik

Qasımov Elnur Əhməd oğlu - polkovnik

"Hərbi xidmətlərə görə" medalı ilə

Qayqiyev Şamil Mahama oğlu - mayor.

Seçilən
12
49
sonxeber.az

10Mənbələr