AZ

Almaniya millisinin üzvü “Barselona”nı seçdi

Almaniya millisinin futbolçusu Conatan Ta “Barselona”ya köçməyə razılaşıb.

Msport.az xəbər verir ki, 29 yaşlı müdafiəçinin “Bayer”lə müqavilə müddəti mövsümün sonunda başa çatır.

“Bavariya” da daxil olmaqla, maliyyə baxımından daha sərfəli digər təkliflərə baxmayaraq, Ta seçimini “Barselona”nın xeyrinə edib. O, uşaqlıqdan azarkeşi olduğu Kataloniya klubunda oynamaq arzusundadır. Almaniyalı danışıqları yekunlaşdırmaq üçün tezliklə Barselonaya yollanacaq.

Ancaq keçid baş tutmazdan əvvəl “Barselona” mərkəz müdafiəçilərindən birinin yayda ayrılması barədə qərar verməlidir. Tanın İspaniya nəhəngi ilə 5 illik müqavilə imzalaması planlaşdırılır.

Qeyd edək ki, Conatan Ta cari mövsüm Bundesliqada 20 oyun keçirib, 2 qol vurub.

Seçilən
6
msport.az

1Mənbələr