Bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin sədri təyin edilib.
Valyuta.az xəbər verir ki,Rüfət Mahmud əvvəllər Dövlət Şəhərsalma və Arxitektura Komitəsində işləyib.
O, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri və daha sonra isə Beynəlxalq Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.