AZ

İNHISARÇI OLİQARXLARA QARŞI YENİ “SAVAŞ” BAŞLAYIR? - "Görünür, hökumət vəziyyəti dəyişmək istəyir”

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Elnur Bağırov agentliyinin sədri təyin edilib.

Azərbaycanda inhisarçılıq iqtisadiyyatın ən iddi problemlərindən birinə çevrilib. Xüsusən xidmət sektorunda fəaliyyət göstərən dövlət qurumları hegemon mövqeyə malikdir və bir çox hallarda əsaslandırlmamış, əhalinin mənafeyinə zidd olan qərarlar qəbul edə bilirlər.

Məsələn, ötən il avqustun 15-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tabe olan “Aztelecom” dövlət telekommunikasiya provayderi davam edən antiinhisar araşdırmalarına baxmayaraq, qiqabit passiv optik şəbəkə (GPON) xidmətlərinin tariflərini artırıb.

Yenidən nəzərdən keçirilmiş tariflərə əsasən, minimum trafik sürəti 40 Mbit/s-dən 100 Mbit/s-ə yüksəlib. İndi istehlakçılar ayda 100 Mbit/s üçün 25 manat, 150 Mbit/s-ə 30 manat və 250 Mbit/s-ə 36 manat ödəyəcəklər. Bundan əvvəl 40 Mbit/s sürətli ən aşağı paket 18 manata başa gəlirdi.

Elan Azərbaycan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yoxlaması fonunda verilib. Avqustun 14-də agentlik “Aztelecom” və “Baktelecom” dövlət telekommunikasiya provayderlərinin tətbiq etdikləri qiymət dəyişikliklərinin yoxlanılmasına başlayıb. Araşdırmada məqsəd provayderlərin hərəkətlərinin Rəqabət Məcəlləsinə uyğun olub- olmadığını və yeni tariflərin hüquq normalarına uyğun tətbiq edilib-edilmədiyini müəyyən etməkdir.

Aradan yarım il vaxt keçsə də bu araşdırmanın nətcələri haqda ictimaiyyətə heç bir məlumat verilməyib. Maraqlıdır, həmin qurumun bazasında yaradılan, bilavasitə Prezidentə tabe olan Dövlət Agentliyi və onun yeni sədri təbii inhisarçılarla "vuruşa" biləcəkmi?

Azərbayan İnternet Forumunun prezidenti Osman Gündüz xatırladır ki, ötən il Prezidentin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Prezident yanında eyni adlı Dövlət Agentliyinə çevrilmişdi. Onun sözlərinə görə, Antiinhisarın statusu xeyli gücləndirilib və qurum Nazirlik tabeliyindən birbaşa Prezident tabeliyinə keçirilib.

Seçilən
18
azpolitika.info

1Mənbələr