AZ

"Qəbələ" bu mövsüm liqada ilk qolu buraxdı - 14-cü turda

style='margin-bottom:10px;'>

"Qəbələ" Azərbaycan 1-ci liqasında bu mövsüm ilk qolu buraxıb.

QOL.az xəbər verir ki, "qırmızı-qaralar" 14-cü turda bu gün "İmişli" ilə keçirilən səfər matçında qapılarında qol görüblər.

"Qəbələ"nin 2:1 hesabı ilə qalib gəldiyi görüşdə "İmişli"nin qolunu 72-ci dəqiqədə Dieqo Rollo vurub.

"Qəbələ"nin qapıçısı Səlahət Ağayev bu mövsüm Azərbayca kubokunda "Qarabağ"la görüşdə (0:2) iki top buraxsa da, Liqada qapısını toxunulmaz saxlamışdı.

Seçilən
17
teleqraf.com

1Mənbələr