Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.AFN.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.Xatırladaq ki, ötən il Şahin Seyidzadə Prezidentin Sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. O, sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilib.Rüfət Mahmud bu təyinatadək SOCAR-ın Rusiyada törəmə müəssisəsi olan “Socar Rus” MMC-nin rəhbəri olub.O, 2019-2022-ci illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) direktorlar şurasının sədri vəzifələrində çalışıb. Həmçinin Dünya Bankı və İqtisadiyyat Nazirliyində bir sıra vəzifələrdə işləyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta