Avropa Parlamenti “Gürcüstanda siyasi vəziyyətin daha da pisləşməsi” ilə bağlı qətnamə qəbul edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, qətnaməni 400 deputat dəstəkləyib, 63-ü əleyhinə səs verib, 81-i isə bitərəf qalıb.
Qətnamənin müəllifi Avropa Parlamentindəki 5 siyasi qrupdan - Avropa Xalq Partiyası, Sosial Demokratlar, Mühafizəkarlar və İslahatçılar, Yeniləşmə və Yaşıllar partiyasından olan 57 deputatdır.