AZ

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Qahirə şəhərində sosial təminat sahəsində idarəetmə və innovasiyalar üzrə beynəlxalq konfransı keçirilib

Konfransda iştirak edən Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq əlaqələr departamentinin müdiri Elşad Xanəlibəyli “İnnovativ və davamlı sosial təminat qurumuna nail olmaq üçün idarəçiliyin təkamülü” sessiyasına sədrlik edərək, son illər qlobal miqyasda sosial təminat sahəsində həyata keçirilən rəqəmsal və proaktiv xidmətlər barədə məlumat verib.

 

Eləcə də gələcəkdə sosial təminat sistemlərində yarana biləcək yeni xidmətlərin vətəndaş əlçatanlığının təmin olunması məqsədilə avtomatlaşdırılması, innovasiyaların tətbiqi imkanları, sosial təminat qurumlarında idarəçiliyin möhkəmləndirilməsi sahəsində tətbiq edilən yeniliklər diqqətə çatdırılıb.

 

E.Xanəlibəyli “Strateji planlaşdırma və risklərin idarə edilməsi ilə təşkilati idarəçiliyin gücləndirilməsi”, “Beynəlxalq koordinasiya: əməkçi miqrantların sosial təminatına dair qabaqcıl təcrübələr” mövzuları üzrə iki sessiyada əsas məruzəçi kimi çıxış edib. O, Dövlət Sosial Müdafiə Fondunun səmərəli idarəçilik və risklərin idarə edilməsi strategiyası, ölkəmizdə yaşayan miqrantların sosial müdafiəsi istiqamətində dayanıqlı sosial təminat sisteminin təkmilləşdirilməsi, beynəlxalq müqavilələrin icrası ilə bağlı zəruri tədbirlərin görülməsi sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verib. BSTA-ya üzv dövlətlərin pensiya və sosial fondlarının nümayəndələri Fondun müsbət təcrübələrinin digər ölkələrdə də tətbiqi perspektivləri üzrə geniş müzakirələr aparıblar. Qeyd edək ki, beynəlxalq konfransda BSTA-ya üzv qurumların 300-dən çox nümayəndəsi ilə yanaşı, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri də iştirak ediblər.

Seçilən
25
qht.az

1Mənbələr