AZ

"Hyundai" bəzi avtomobillərini təcili geri çağırır - Ciddi təhlükə AŞKAR EDİLDİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Hyundai" şirkəti 2025-ci il "IONIQ 5" modelinin bəzi avtomobillərini arxa yan təhlükəsizlik yastıqları ilə bağlı potensial problemlərə görə geri çağırdığını elan edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi məlumat yayıb.
Bildirilir ki, nasazlıq naqillərlə bağlıdır və qəza zamanı təhlükəsizlik yastığının açılmamasına səbəb ola bilər.
Problem 2025-ci ilin yanvarında yeni avtomobillərdən birinin yekun yoxlanışı zamanı təhlükəsizlik yastığı indikatorunun yanması ilə aşkar edilib. Elektrik naqillərinin təchizatçısı olan "Kyungshin America" müəyyən edib ki, bunun səbəbi konnektorda kontaktların kifayət qədər bərkidilməməsidir və bu, qəza zamanı siqnalın kəsilməsinə səbəb ola bilər.
Geri çağırılan bütün avtomobillər "Hyundai"nin Corciya ştatındakı zavodunda istehsal edilib.
Bu elektromobillərin sahibləri 7 aprel 2025-ci il tarixinədək poçt vasitəsilə bildiriş alacaqlar. Şirkətin dilerləri artıq yoxlamalara başlayıb və qüsuru aradan qaldırırlar.
Seçilən
45
11
oxu.az

10Mənbələr