Bakı, 13 fevral, AZƏRTAC
Ərəb və Aralıq dənizi ölkələri meşə yanğınları ilə mübarizə üçün şəbəkə yaratmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Mərakeşin Su və Meşələr üzrə Milli Agentliyinin rəhbərliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə təşkil olunmuş seminarda çıxışı zamanı vurğulayıb.
Bildirilib ki, bu səylər təbii ehtiyatlar üçün təhlükə yaradan meşə yanğınlarının idarə edilməsinə yönəldiləcək.
Seminarda 18 ölkədən nümayəndələr iştirak edir və fevralın 15-dək davam edəcək.