![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/13/1/6e9d790d-68cb-46ad-9a91-dbe27568389c/rufet-mahmud.jpg)
Xəbər verdiyimiz kimi, Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) İdarə Heyətinin sədri təyin edilib.
Yeniavaz.com xəbər verir ki, 1975-ci ildə anadan olan Rüfət Mahmud 1992-1997-ci illərdə Xəzər Universitetində təhsil alıb.
Magistr təhsilini 2000-2002-ci illərdə Dövlət İqtisad Universitetində alıb.
2006-2007-ci illərdə ABŞ-nin (Nyu York) Sirakuza Universitetinin Vətəndaşlıq və İctimai Əlaqələr Məktəbində (“Maxwell School”) oxuyub.
2001-2006-cı illərdə İqtisadiyyat Nazirliyində şöbə müdiri olub.
2007-ci ildə Dünya Bankında məsləhətçi, 2008-2009-cu illərdə İqtisadiyyat Nazirliyində departament rəhbəri olub.
2009-2010-cu illərdə Beynəlxalq Valyuta Fondunda işləyib.
2009-2018-ci illərdə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) Müşahidə Şurasının sədri olub.
Rüfət Mahmud eyni zamanda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru olub.
2019-2022-ci illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri olub.
2023-cü ilin yanvar ayında Dövlət Neft Şirkətinin Rusiyadakı törəmə şirkəti olan “SOCAR RUS” şirkətinin baş direktoru təyin edilib.
Qeyd edək ki, Rusiyanın rəsmi qurumlarının açıqladıqları məlumatlarda Rüfət Mahmud hal-hazırda da “SOCAR RUS”un baş direktoru olaraq göstərilir.
Murad Məmmədov