AZ

Şükrü Özyıldızın yeni serialı məlum oldu

Türkiyəli məşhur aktyor Şükrü Özyıldızın yeni layihəsi bəlli olub.

“Cebheinfo.az” xəbər verir ki, sənətçi “Zamanın Kapıları” adlı serialda rol alacaq.

O, ekran işinin ikinci mövsümündə “Mert” obrazı ilə izləyicilərin qarşısına çıxacaq. Layihənin baş rollarında Esra Bilgiç və Birkan Sokullu oynayır.

Qeyd edək ki, Şükrü Özyıldız karyerası ərzində “Fatmagülün Suçu Ne?”, “Benim Hala Umudum Var”, “Şeref Meselesi”, “Ulan İstanbul”, “Jet Sosyete” və “Akıncı” kimi seriallarda çəkilib. 

Seçilən
9
cebheinfo.az

1Mənbələr