AZ

"Sumqayıt" "Zirə"yə qarşı 4 itki ilə mübarizə aparacaq - AÇIQLAMA

Misli Premyer Liqasının 23-cü turunda "Zirə"ni qəbul edəcək "Sumqayıt" oyuna tam heyətlə çıxa bilməyəcək.

Bunu Fanat.Az-a açıqlamasında "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev deyib:

"Cəzalı futbolçumuz yoxdur. Silvanus Nimeli, Alan Dias, Vüqar Mustafayev və İsa Suliman "Zirə"yə qarşı matçda zədə səbəbindən iştirak etməyəcəklər".

Qeyd edək ki, "Sumqayıt" - "Zirə" matçı fevralın 15-də keçiriləcək. Qarşılaşmanın start fiti 19:00-da səsləndiriləcək. 22 turdan sonra "Zirə" 34 xalla 3-cü, Sumayıtın eyniadlı təmsilçisi isə 22 xalla 7-ci pillədə mövqe tutub.

Nihat

Seçilən
4
fanat.az

1Mənbələr