1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Malayziyada yaşayan hind əsilli Reyçel Kaur iş və ailə həyatı arasında tarazlıq qurmaq məqsədilə işə hər gün təyyarə ilə gedib-gəlir.
Oxu.Az "Sözcü" qəzetinə istinadla xəbər verir ki, "Air Asia" aviaşirkətinin maliyyə departamentində müdir köməkçisi vəzifəsində işləyən qadın hər gün Malayziyanın Pinanq ştatından Kuala-Lumpur şəhərinə təyyarə ilə uçur.
İki uşaq anası olan R.Kaurun bu qeyri-adi yola baş vurmasının səbəbi övladları ilə daha çox vaxt keçirmək istəyidir.
2024-cü ildən əvvəl Kuala-Lumpurda işləyən qadın, yalnız həftədə bir dəfə Pinanqdakı evinə qayıda bilirdi. Qadın qurduğu bu yeni nizam sayəsində hər axşam evində ola bilir.
O, səhər saat 4:00-da yuxudan oyanır, 5:55-də təyyarəyə minir, 7:45-də iş yerinə çatır. Axşam saatlarında işdən çıxan kimi yenidən təyyarəyə minir və saat 20:00-da evində olur.
Məsələnin qəribə tərəfi odur ki, çox çətin görünən bu seçim Kuala-Lumpurda ev kirayələməkdən daha sərfəlidir. Belə ki, R.Kaur təyyarə ilə gedib gələrək qalmaq və yemək xərclərinə qənaət edir.