Toskana əhalisinin əksəriyyəti katolik olan İtaliyada bu hüququ tanıyan ilk bölgə oldu.
Toskana Regional İdarəetmə Məclisi dünən keçirilən iclasda 13 əleyhinə, 27 lehinə səslə bölgə daxilində tətbiq olunacaq müvafiq qanunu qəbul etdi. Qanuna əsasən, uyğunluq kriteriyaları qarşılandığı təqdirdə regional səhiyyə xidməti öz həkimi bu proseduru həyata keçirmək istəməyən xəstələrə 10 gün ərzində tələb olunan dərmanları və tibb personalını təmin edəcək. Qanun eyni zamanda həkimlərə etik səbəblərə görə bu prosesdə iştirak etməmək hüququ da tanıyır.
Baş nazir Corcia Meloninin partiyası "İtaliyanın Qardaşları"ndan (FdI) Alfredo Antoniozzi bu mövzuda qərar verməyin bölgələrin deyil, milli parlamentin səlahiyyətində olduğunu və hökumətin bu qanuna etiraz edəcəyini bildirib.