AZ

Münxendə avtomobili izdihamın üstünə sürən şəxs əfqan mənşəli olub - YENİLƏNİB-2

Münxendə avtomobili izdihamın üstünə 26 yaşlı əfqan mənşəli şəxs sürüb.

“Far.Az” xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Nəşrin məlumatına görə, iki nəfər ciddi xəsarət alıb, onlardan biri ağır vəziyyətdə olan uşaqdır.

Hadisənin səbəbləri polis tərəfindən araşdırılır.

Şahidlər avtomobilin içərisində iki nəfərin olduğunu bildiriblər.

14:55

Münxendə avtomobilin izdihamın üzərinə sürülməsi nəticəsində azı 20 nəfər xəsarət alıb.

“Far.Az” xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Bildirilib ki, xəsarət alanlar arasında uşaqlar da var.

14:11

Almaniyanın Münxen şəhərində avtomobil izdihamın üzərinə sürülüb.

“Far.Az” xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində 15 nəfər xəsarət alıb.

İnsidenti törədən şəxs hadisə yerindəcə saxlanılıb.

Seçilən
5
far.az

1Mənbələr