AZ

Ermənistan hərbi təxribat PLANI HAZIRLAYIR

Yazını böyüt
Yazını kiçilt

“Avropa Missiyasının sərhəddə ərazi kəşfiyyatı keçirməsi erməni revanşist qüvvələri ilə birgə Azərbaycana qarşı hərbi təxribatyönlü planların işlənib hazırlanmasını istisna etmir. Avropa İttifaqı “missiyası” o planları tam şəkildə işləyib hazırlayandan sonra işğal məqsədi ilə hərbi təxribatlar həyata keçirə bilər”.

Bu barədə hafta.az-a hərbi ekspert Şair Ramaldanov Avropa İttifaqı “missiyası”nın növbəti dəfə sərhəddə Azərbaycan ərazilərini müşahidə etməsi ilə bağlı təhlilində bildirib.

Ş.Ramaldanov hesab edir ki, Avropa İttifaqı “missiyası”nın  Ermənistan-Azərbaycan şərti sərhədində apardığı "binokl diplomatiyasında” müşahidə olunan aktivlik təsadüfi deyil. Onun sözlərinə görə, Avropa İttifaqı missiyasının Azərbaycan sərhədində həyata keçirdiyi bu "fəaliyyət" birmənalı qarşılanmır və haqlı olraq suallar doğurur:

“Azərbaycan tərəfi Ermənistanda olan Avropa İttifaqı müşahidə missiyasının diqqətini cəlb edəcək hər hansı işlər aparılmır. Azərbaycan Prezidenti dəfələrlə Ermənistanın ərazi bütövlüyünün tanınması və heç bir torpaq iddiası olmadığı haqqında bəyanatlar verib. Azərbaycan yalnız sülh müqaviləsinin bağlanması ilə bağlı çoxsaylı təkliflərlə çıxış edib və bütün təşəbbüslər sülh müqaviləsinin bağlanmasına yönəlib. Lakin Ermənistan sülh müqaviləsi təklifindən qaçaraq bir-birinə zidd olan, sülhdən qaçmağı təmin edən ifadə və hərəkətlər edir. Ermənistan silahlanır, şərti sərhəddə fartifikasiya qurğuları quraşdırır, ritorikasında revanşit ideyaları və Avropa İttifaqı “missiyası”nı təşkil edən ölkələrin maraqlarını təmin etmək üçün şərait yaradaraq regionun təhlükəsizliyinə xəyanət siyasəti aparır. Ermənistan regionun təhlükəsizliyini təhlükə altında saxlayır”.

Hərbi ekspert qeyd edib ki, Avropa İttifaqı “missiyası”nın sərhəddə apardığı müşahidələrin intensivləşməsi hərbi təxribatlara hazırlıq ehtimallarını gücləndirir. Ş.Ramaldanov müşahidə missiyasını təşkil edənlərin ərazi kəşfiyyatı apardığına xüsusi diqqət çəkib. Bildirib ki, bu cür kəşfiyyat işləri hər hansı əməliyyatöncəsi vəziyyəti öyrənmək, xəritədə qəbul olunmuş planları ərazi kəşfində dəqiqləşdirmək məqsədi daşıyır:

“Yəni Avropa İttifaqı Missiyasının bu ərazi kəşfiyyatı gözlənilən əməliyyatlarla bağlıdır. Bu planlar hazırlanır və bütün hesablamalar, planlamalar ərazi kəşfi ilə təmin olunaraq işlənir. Avropa İttifaqı missiyasına həm də NATO missiyası deyilir. Əgər onu NATO missiyası adlandırırıqsa, deməli o missiyanı mini baza kimi də qəbul etmək olar. Avropa Missiyasının geyimini geyib şərti sərhəddə müşahidə aparılmasının hansı məqsədlərə xidmət etdiyi bu ehtimalları ortaya çıxarır”.

Ş.Ramaldanov ehtimal olunan hərbi təxribatları Naxçıvan da daxil olmaqla bir neçə istiqamtdə qurulan fartifikasiya qurğuları ilə də əlaqələndirib. Ekspert qeyd edib ki, bu qurğular hücum gözlənilən tərəfədən müdafiə olunmaq üçün qurulursa da, əsasən müşahidə olunmayan ərazidə, hücum edən tərəfin görə bilmədiyi dərinlikdə müəyyən bir istiqamətləri müəyyənləşdirmək üçün qurulur:

“Əgər fartifikasiya qurğuları şərti sərhədin yaxınlığında qurulursa, bu, onunla xarakterizə olunur ki, bu istiqamətdə işğal niyyəti ilə təxribat xarakterli hücum ola bilər. Fartifikasiya qurğuları artlleriya, raket, hava hücumundan müdafə qurğularını fartifikasiya olunan yerlərdə yerləşdirmək üçün istifadə oluna bilər.

Mövcud fonda Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi Xankəndidə vəziyyəti qiyməytləndirib. Eləcə də Prezident, Ali Baş Komandan Azərbaycan telekanallarına müsahibəsində mühüm mesajlarını verib. Azərbaycan ola biləcək təxribatlara cavab verməyə hazırdır”.

 

Seçilən
17
hafta.az

1Mənbələr