Münhendə avtomobilin nümayişçilərin üzərinə sürülməsi nəticəsində xəsarət alanların sayı 20-yə çatıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Münhen polisi "X" sosial şəbəkəsində xəbər yayıb.
Yaralılardan bəzilərinin ağır vəziyyətdə olduğu vurğulanıb.
"Nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində saxlanılıb", - deyə paylaşımda əlavə olunub.
KİV-də şübhəlinin 24 yaşlı kişi olduğu bildirilib.
Şahidlərin sözlərinə görə, sürücü qəsdən maşını nümayişçilər qrupuna yönəldib. İddiaya görə, polis iki kişiyə atəş açıb, onlardan biri ölüb.
Xəsarət alanlar "Verdi" Həmkarlar İttifaqını təmsil edən dövlət sektoru işçiləridir. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.
O da vurğulanır ki, hadisə fevralın 14-nə planlaşdırılan Münhen Təhlükəsizlik Konfransının keçiriləcəyi yerin yaxınlığında baş verib. Konfransda Almaniya siyasətçiləri, o cümlədən Kansler Olaf Şolts və ABŞ-nin vitse-prezidenti C.D.Vans da daxil olmaqla xarici liderlərin iştirakı planlaşdırırlar.
***
Almaniyanın Münhen şəhərində avtomobil hələlik məlum olmayan səbəbdən insanların üzərinə sürülüb.
Avtosfer.az "Bild" qəzetinə istinadla xəbər verir ki, hadisə nəticəsində 15 nəfər xəsarət alıb.
İnsidentin təfərrüatı araşdırılır.