Avropa Parlamenti (AP) Gürcüstanda mövcud hökumətin legitim tanınmamasına və onu boykot etməyə çağıran qətnamə qəbul edib, həmçinin Salome Zurabişvilini respublika prezidenti kimi tanıyıb.
Oxu24.com bu barədə “European Pravda” AP-nin mətbuat xidmətinə istinadən xəbər verir.
Səsvermədən sonra Gürcüstanla bağlı qətnamə lehinə 400 səslə dəstəkləndi. 63 deputat əleyhinə səs verib, 81 deputat bitərəf qalıb.
Sənədin mətnində deputatlar ölkədə keçirilən seçkilərdən sonra hakim “Gürcü arzusu” partiyasının yaratdığı hakimiyyəti tanımaqdan imtina ediblər. Xüsusilə, Avropa Parlamenti Mixail Kavelaşvilini legitim dövlət başçısı hesab etməkdən imtina edib. Avropa Parlamentinin deputatları Salome Zurabişvilini Gürcüstanın hazırkı prezidenti kimi tanımaqda davam etdiklərini bildiriblər.
“Hakim Gürcü Arzusu”nun Avropaya inteqrasiya və NATO-ya üzvlük yolundan döndüyünə görə dərin təəssüf hissi keçirsə də, Avropa Parlamenti gürcü xalqının qanuni istəklərinə sarsılmaz dəstəyini bir daha təsdiqləyir”, - kommünikedə deyilir.
Gürcüstanın Avropa İttifaqı və ABŞ ilə münasibətləri yerli parlamentin xarici agentlər haqqında qanunu qəbul etməsindən və respublikanın Aİ-yə daxil olması ilə bağlı danışıqların dayandırıldığını elan etməsindən sonra pisləşməyə başlayıb. 2024-cü il oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələri Qərbi də qəzəbləndirdi. Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası qalib gəlib, lakin müxalifət və keçmiş prezident Salome Zurabişvili səsvermənin nəticələrini tanımayıb.
Nigar