Bakı. Trend:
Xəbər verdiyimiz kimi, bu gün TƏBİB tərəfindən“Evimə yaxın iş” adlı yeni layihənin icrasına başlanılıb.
Layihənin əsas məqsədi tibb müəssisələrində çalışanların vaxtdansəmərəli istifadə etməsinə şərait yaratmaq, iş prosesindəkiaktivliyi artırmaq, sosial rifaha təsir etmək, davamiyyətigücləndirmək və eləcə də, avtomobildən istifadəni azaltmaqlaölkəmizdə həyata keçirilən ekoloji tədbirlərə dəstək verməkdir.
TƏBİB tərəfindən atılan bu addım tıxac problemininhəllində rol oynayacaqmı?
Mövzu ilə bağlı Trend-ə danışan nəqliyyat eksperti RaufAğamirzəyev qeyd edib ki, "Evimə yaxın iş" layihəsi yaxşıhəlldir:
“Mən düşünürəm ki, "Evimə yaxın iş" layihəsi bir tərəfdən yaxşıbir həlldir. Amma bizim tibb müəssisələrimizin evimizə yaxın olmasıdaha önəmlidir. Çünki tibb müəssisələrində işləyənlərdən çox, tibbmüəssisələrinə gedənlər daha çoxdur. 15 dəqiqəlik şəhərkonsepsiyasına uyğun olaraq tibb müəssisələri, təhsil müəssisələripiyada məsafədə olmalıdır. Köhnə yanaşma ilə baxsaq, mikrorayonlarelə buna bənzər konsepsiyada idi. Ərazi üzrə əhali artıbsa, həminyerlərdə tibb müəssiəslərinin sayının artırılması daha məntiqliolar. Tətbiq edilən yeni layihə də müsbət həlldir, amma faktikiolaraq yaşayış məntəqəsində nə qədər insan yaşayır, bunun uçotudoğru aparılmalıdır. Buna müvafiq olaraq saya uyğun nə qədər tibbmüəssisəsi, məktəb olması müəyyən edilib ona uyğunartırılmalıdır”.
Ekspert bildirib ki, region xəstəxanaları elə vəziyyətəgəlməlidir ki, insanlar müalicə üçün Bakıya axın etməsinlər:
“Digər məsələ də ondan ibarətdir ki, regional, böyükşəhərlərimizin xəstəxana kompleksləri daha da təkmilləşdirilməli,daha yaxşı hala gətirilməlidir ki, insanlar müalicə üçün Bakıyaaxın etməsinlər. Məhz regional şəhərlərə getsinlər. Buna Gəncə,Şəki, Mingəçevir, Yevlax, Şirvan, Quba, Naxçıvan və s. bölgələrimisal olaraq göstərmək olar. Düşünürəm ki, sıxlığın həlli baxımdantibb sahəsində bu kimi addımlar daha effektiv olacaq”.
“Yaxşı olar ki, TƏBİB randevu xidmətini təxirə salmadan işəsalsın. Çünki planlaşdırma da çox önəmlidir. İnsanların öncədənplanlaşdırıb, öz saatını nizamlayıb ona uyğun tibb müəssisələrinəgetmə imkanı olmalıdır. Bu halda insanlar gedir və orada növbələrolur ki, bu da əlavə bir problem yaradır. Bu məsələnin mərhələlihəllinə baxsaq, ilk növbədə randevu xidməti tətbiq olunmalıdır.İkinci ən önəmli məsələ yaşayış yerinə uyğun, əhali sayına uyğuntibb müəssisələrinin sayının artırılmasıdır. Üçüncü məsələ, tibbmüəssisələrinin orada işləyənlərin evinə yaxın yerləşdirilməsi dəmüsbət haldır”, - deyə o əlavə edib.
Nəqliyyat eksperti Elməddin Muradlı da öznövbəsində Trend-ə bildirib ki, TƏBİB tərəfindən belə bir addımınatılması alqışalayiqdir.
“TƏBİB tərəfindən belə bir addımın atılması alqışalayiqdir vədigər qurumlar üçün də yaxşı bir nümunə, yol xəritəsi ola bilər.Bir çox sahələrdə bu mümkündür. Hərbi birləşmələrdən tutmuş daxiliişlər orqanlarına, prokurorluq orqanlarına qədər, digər adiyyətiqurumlar da bu məsələləri tənzimləməlidir. Dünyanın bir çoxölkələrində bu praktikadan geniş istifadə olunur. Ən çox Amerikadayayıldı və orada belə bir şüar səsləndi və yaxşı da nəticə verdiki, “ya işi evə yaxın etməlisən, ya da evi işə yaxın etməlisən”. Buprinsipdən yola çıxıb xeyli irəliləyişə nail oldular. Mən TƏBİBrəhbərliyinə təşəkkürümü bildirirəm ki, belə bir kreativ addımlatıxac probleminin həllinə dəstəklərini nümayiş etdirirlər. Digərqurumları da belə maraqlı addımlar atmağa dəvət edirəm. Xüsusəntəhsil sistemində buna çox ciddi ehtiyac var. Səhiyyə sistemindəbunu TƏBİB-in həyata keçirməsi çox yaxşıdır. Digər qurumlar da buyerdə səfərbər olaraq öz mövqelərini ortaya qoymalıdırlar. Buna çoxciddi ehtiyac var”.
Ekspert qeyd edib ki, bu gün ən böyük problem bir insanın durubşəhərin bu başından o başına işə getməsidir.
“Bu problem ən çox təhsildə müşahidə edilir. Təhsil Nazirliyielan edir ki, məsələn, ucqar ərazilərdə təhsil işçisi axtarırıq,axtarırsınız, bəs, fikirləşmirsiniz ki, o şəxs ucqar əraziyə necəgedib-gələcək? İctimai nəqliyyat yox, problemlər var. Beləliklə,hesab edilir ki, hər şey öz-özünə həll ediləcək. Yox, bu çıxış yoludeyil. Son dövrlər aparılan islahatlar, araşdırmalar da onugöstərir ki, tıxacın yaranmasının ən böyük səbəbi təhsilsistemidir. Son bir ayda görürük ki, universitetlər bağlıdır,məktəblər ötən həftə 1 həftəlik tətilə çıxdılar və biz dərhalküçələrdəki boşluğu hiss etdik.
Ona görə ki, təhsil müəssisələri çox əcaib bir formada inkişafedib. Hansı uşaq harada istəyirsə, orada oxuyur. Bəzən bunu təhliletməyə də ehtiyac yaranır ki, səbəb nədir. Maraqlı səbəblər var.Çünki hər yerdə təhsilin keyfiyyəti eyni deyil və insanlar da busəbəbdən daha yaxşı təhsil almaq istəyirlər, daha yaxşı məktəblərseçməyə çalışırlar. Bu da gətirib ona çıxarır ki, hərəkətlilik,intensivlik artır. O baxımdan, mənim fikrimcə, bu məsələlərə sondərəcədə diqqətlə yanaşmaq lazımdır ki, biz bu problemi necə həlledə, bu vəziyyətdən necə çıxa bilərik. Ümumiyyətlə, bunun həlliyolu varmı? Məncə var, çünki TƏBİB belə bir kreativ addım atıb.Ardınca digər qurumların da belə addımlar atması yaxşı olardı”,-deyə o əlavə edib.
Qeyd edək ki, TƏBİB tərəfindən icrasına başlanılan işçilərinməmnunluq səviyyəsinin artırılmasına və iş effektivliyininyüksəldilməsinə hədəflənən “Evimə yaxın iş” layihəsi çərçivəsindəBakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibbmüəssisələrində (Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərəntibb müəssisələri) çalışan tibb və qeyri-tibb işçilərinin faktikiyaşayış ünvanlarına daha yaxın ərazilərdə olan tibb müəssisələrinəiş yerinin dəyişdirilməsi imkanı verilir.
Layihənin ilkin mərhələsində Bakı şəhəri üzrə ilkin səhiyyəxidməti göstərən bütün tabeli tibb müəssisələrinə işçilərinqeydiyyatdan keçmələri üçün onlayn anket forması təqdim olunub.