Qətərə gedən məşhur aktyor Burak Özçivitin pərəstişkarı ilə şəkil çəkdirmək üçün 1 milyon dollar aldığı iddia edilib.
Sonxeber.az türk mediyasına istinadən xəbər verir ki, Ərəb ölkələrinin ulduzu Burak Özçivitin tədbir üçün getdiyi Qətərdə fanatı ilə şəkil çəkdirmək üçün 1 milyon dollar (36 milyon 114 min TL) aldığı iddia edilib.
Burak Özçivit iddialara cavab verməyib. Məşhur aktyorla foto çəkdirən şəxsin model Ainura Daudova olduğu öyrənilib.
Ainura Daudov sosial şəbəkə hesabında yazılan şərhə "Bu, saxta məlumatdır" - deyə cavab verib.