Milli Məclisin sədri Sahibə Qafarova və Somali Prezidenti birgə işçi nahar ediblər.
Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova və ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 13-də birgə işçi nahar ediblər.
Operativ Media xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Somali arasında münasibətlərin inkişaf perspektivləri, parlamentlərarası əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.