“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin nə vaxt meydanlara qayıdacağı dəqiqləşib.
Apasport.az saytına verilən məlumata görə, əzələsində dartınma olan Əliyev hazırda müalicəsini davam etdirir.
Fitnesdə məşqlərə başlayan "Turan Tovuz"un kapitanı 2 gündən sonra yüngül qaçışlara başlayacaq.
32 yaşlı futbolçunun "Araz-Naxçıvan" və "Şamaxı" ilə görüşləri də buraxacağı, ən yaxşı halda isə Misli Premyer Liqasının 25-ci turunun "Zirə" ilə görüşündə meydana çıxacağı gözlənilir. Çünki futbolçu kollektivlə məşqlərə "Şamaxı" ilə görüşdən sonra başlayacaq.
Qeyd edək ki, Şəhriyar Əliyev bu il hələ ki heç bir oyunda meydana çıxmayıb.
AFFA "Şamaxı", "Araz-Naxçıvan" və "Səbail"i cərimələdi
Kloze: “Mahir Emreliyə ehtiyacım var"
Yarımfinalın ilk matçında "Zirə"dən qələbə
"Fənərbaxça" və "Qalatasaray"ın avrokubok matçı bu kanallarda
Binə stadionunun ot örtüyü yenilənib - FOTO