ABŞ-də 32 yaşlı qadın üç qızını öldürüb, dördüncü qızını isə ağır yaralayıb.
Medianews.az xəbər verir ki, qadın hadisədən sonra polisə zəng edərək özünü öldürəcəyini bildirib.
Həyatını itirən qızlardan ikisinin 2, birinin isə 9 yaşı var idi. Ağır yaralanan 7 yaşlı Oliviya isə xəstəxanaya yerləşdirilib.
Hadisədən sonra intihar edən ana isə ölüb. Faktla bağlı araşdırmalar davam edir.
Medianews.az