AZ

Ötən ay əhali tütün və içkiyə 230 milyondan çox xərcləyiblər

Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı içki və tütün məlumatlarından əldə olunan gəlirin ümumi miqdarı müəyyən olunub.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, içki və tütün məmulatları üzrə ötən ay 230,3 milyon manat gəlir əldə olunub ki, bu göstərici əvvəlki illə müqayisədə 0,7 % çoxdur. 

Qeyd edək ki, cari ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkələrində aldıqları mallara xərclədiyi vəsaitin 4,7 faizi içki və tütün məmulatlarının alınmasına sərf olunub.

Sərvanə Rəmixanova

Seçilən
45
valyuta.az

1Mənbələr