Bakı. Trend:
Xəbər verdiyimiz kimi PAŞA Holdinq tərəfindən yaradılan vəölkənin biznes və maliyyə mühitinə yeni bir nəfəs gətirən Birekosistemi ictimaiyyətə təqdim olundu. Bu ekosistem, holdinqinaparıcı şirkətlərini bir araya gətirərək müştərilərə daha rahat vəinteqrasiya olunmuş xidmət təcrübəsi təqdim etməyi hədəfləyir.Birbank, ekosistemin mərkəzi sütunlarından biri olaraq müştərilərinmaliyyə ehtiyaclarını ödəməklə yanaşı, digər xidmətlərə də asan vətəhlükəsiz çıxış imkanı yaradır.
Qeyd edək ki, Bir ekosistem maliyyə, e-ticarət və rəqəmsalödəniş sahələrində müştərilərin etibarını qazanmış Birbank, Umico,m10 və MilliÖn brendlərini vahid çətir altında birləşdirərək bubrendlərin təqdim etdiyi xidmətləri müştərilər üçün daha rahat,əlçatan və inteqrasiya olunmuş şəkildə təqdim edir. Bununla yanaşı,Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarlarla damüştəri təcrübəsini daha da zənginləşdirir. Birbank isə buekosistemdə müştərilərə kredit, depozit, ödənişlər və digər bankxidmətləri təqdim etməklə yanaşı, onlara Umico-da Birbank kreditiilə alış-veriş etmək, “Trendyol Azərbaycan”da “Birbank” taksitkartları ilə ödəmək və digər xidmətlərdən faydalanmaq imkanı dayaradır. Qeyd edək ki, Bir ekosistem müştərilər üçün innovativhəllər təqdim etmək məqsədilə Vahid giriş, bonus, ödəniş və kreditolmaqla dörd əsas yenilikçi konsept üzərində qurulub. Bu konseptlərmüştərilərə ekosistem daxilində daha sürətli, rahat, sərfəli vətəhlükəsiz xidmətlərdən yararlanmaq imkanı təqdim edir.
Tədbirdəki çıxışı zamanı Birbank-ın İdarə Heyətinin sədri, Başicraçı direktoru Fərid Hüseynov, Bir ekosistemin gələcək inkişafistiqamətlərini vurğulayaraq qeyd edib: “Birbank olaraq böyükekosistemin bir hissəsi olmaqdan qürur duyuruq. Uzun müddətdirböyük bir komanda olaraq müştərilərimizə daha rahat, sürətli vəinnovativ həllər təqdim etmək üçün çalışırdıq. Bu gün isə Birekosistemi rəsmi olaraq müştərilərimizin ixtiyarındadır. Bir sözlə,bu sadəcə bir təqdimat deyil, tamamilə yeni bir dövrünbaşlanğıcıdır!”.
Bir ekosisteminin rəsmi təqdimat mərasimində, ekosistemi təşkiledən digər şirkətlərin, Umico, M10 və MilliÖn-ün Baş icraçıdirektorları da çıxış edərək, öz şirkətlərinin bu inteqrasiyadakırolunu vurğulayıblar. Həmçinin, tədbirdə brendin fəlsəfəsi və2025-ci il üçün bazara təqdim ediləcək yeni məhsullarınxüsusiyyətləri barəsində ekosistemin müvafiq sahələr üzrərəhbərləri tərəfindən ətraflı məlumat verilib.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edənBirbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,118filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filialşəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədəkölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmətgöstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırdamaliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsulvə xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 SorğuMərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olansəhifələrinə müraciət edə bilərsiniz.