İtaliyanın Toskana regional hökuməti regional məclisdə səsvermə yolu ilə "tibbi yardımlı ölüm" qanununu təsdiqləyib.
Beləliklə, Toskana əsasən katoliklərin yaşadığı ölkədə bu hüququ tanıyan ilk bölgə oldu.
Regional məclisin 27 əleyhinə 13 səslə təsdiq etdiyi qanun solçu partiyaların dəstəyi ilə keçib.
Yerli medianın məlumatına görə, uyğunluq kriteriyalarına cavab verən xəstələr, hətta öz həkimləri prosesdə iştirak etmək istəməsələr də, 10 gün ərzində lazımi dərman və tibb personalına müraciət edə biləcəklər.
Qanun həm də həkimlərə etik və mənəvi səbəblərə görə prosesə cəlb edilməmək hüququ verir.