“Real” Vinisius Juniorun Səudiyyə Ərəbistanındakı klublardan birinə keçməsi ilə bağlı transfer şayiələrinin haradan qaynaqlandığını anlamır.
Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Madrid klubu ulduz forvardla bağlı heç bir danışıqlar aparmaq fikrində deyil. Bildirilir ki, transferi tamamlamağın yeganə yolu 1 milyard avroluq sərbəst buraxılış maddəsini aktivləşdirməkdir.
Son illərdə belə bir bənd “Real”ın ən yaxşı futbolçularının müqavilələrinə salınıb.