AZ

Zelenski ABŞ ilə müqavilə imzalamayıb

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın maliyyə naziri Skott Bessentin ona təklif etdiyi nadir torpaq minerallarına dair maliyyə sazişini imzalamayıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə CNN məlumat yayıb.

 

Fevralın 12-də ABŞ-ın maliyyə naziri Skott Bessent Vaşinqtonun yardımı müqabilində Ukraynanın mineral ehtiyatlarına çıxış haqqında 500 milyard dollarlıq saziş layihəsini Ukraynaya gətirib.

 

Prezident Zelenski qeyd edib ki, Ukrayna tərəfi sənədin təfərrüatlarını mümkün qədər tez öyrənmək istəyir. “Biz sənədin bütün detallarını öyrənmək üçün hər şeyi edəcəyik, Münhen Təhlükəsizlik Konfransına qədər bunu etmək üçün hər şeyi edəcəyik, çünki vaxt itirmək istəmirik. Mən hər şeyi edəcəm ki, rəsmilər komandası qarşıdakı iki gün ərzində işləyə bilsin və bizim Münhendəki razılaşmalara uyğun bəzi razılaşmaları qeyd etmək imkanımız olsun”, – Ukrayna mediası Zelenskidən sitat gətirir.

 

Bundan əvvəl Tramp Ukraynaya saziş təklif etmişdi: ABŞ-ın nadir torpaq ehtiyatlarına çıxışı müqabilində ölkəyə əlavə hərbi və iqtisadi yardım göstərmək.

 

Nigar

 

Seçilən
29
oxu24.com

1Mənbələr