AZ

İsrailin Qəzzaya hücumları nəticəsində həyatını itirənlərin sayı artmaqda davam edir

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin sayı 48 239 nəfərə çatıb.

İsrail Qəzza zolağında atəşkəsi pozmaqda davam edir.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına son 24 saatda təşkil etdiyi hücumlarla bağlı məlumat verilib.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi hücumlarda 14 nəfərin həyatını itirdiyi, 2 nəfərin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 48 239-a, yaralıların sayı isə 111 676-ya yüksəlib.



Seçilən
15
1
trt.net.tr

3Mənbələr