AZ

İsrail İrana hücum edə bilər... "Wall Street Journal" nə yazır?

ABŞ kəşfiyyatı İsrailin İrana hücuma hazırlaşdığına dair məlumatların yer aldığı hesabat hazırlayıb.

Bu barədə “Wall Street Journal”ın kəşfiyyat məlumatı olan şəxslərə istinadən verdiyi məlumatda bildirilir.

Hesabatda Co Baydenin prezidentlik müddətinin sonuna doğru İsrailin İrana hücum riskinin artdığı bildirilib.

Son zamanlar İranın hərbi infrastrukturunun zəiflədiyi bildirilən hesabatda Yaxın Şərqdə hərbi fəaliyyətlərin arta biləcəyi xəbərdarlığı edilib.

ABŞ kəşfiyyatının hazırladığı ikinci hesabatda İsrailin ABŞ prezidenti Donald Trampın prezidentlik müddətinin ilk günlərində İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşdığı qeyd edilib.

Bu kontekstdə İsrailin İranı zəiflətmək üçün nüvə obyektlərinə əhəmiyyətli hücumlar təşkil etməyi planlaşdırdığı bildirilirdi.

Kəşfiyyat hesabatı ilə tanış olan insanlar Trampın hücumları Baydendən daha çox dəstəklədiyini, buna görə də İsrailin Tramp administrasiyasına dəstək üçün təzyiq edə biləcəyini söyləyib.

Seçilən
4
2
aznews.az

4Mənbələr