![Sahibə](/uploads/posts/2025-02/e1685b977e_06.jpg)
Milli Məclisin sədri Sahibə Qafarova və ölkədə rəsmi səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmud fevralın 13-də birgə işçi nahar ediblər.
Reyting.az xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Somali arasında münasibətlərin inkişaf perspektivləri, parlamentlərarası əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.