"CFI Financial İnvestisiya Şirkəti"nin 2025-ci ilin yanvar ayında “Bakı Fond Birjası”da (BFB) apardığı əməliyyatların həcmi 25 əqd üzrə 48,3 milyon manat təşkil edib.
Valyuta.az-ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 74% və ya 137,4 milyon manat azalıb. Belə ki, 2024-ci ilin yanvar ayında şirkətin (“Azfinance” adlanırdı) dövriyyəsi 185,87 milyon manat təşkil edib.
Bu dövrdə investisiya şirkətinin birja əməliyyatlarının 8,6 milyon manatı dövlət istiqrazlarının, 39,7 milyon manatı repo əməliyyatlarının, 12,1 min manatı isə korporativ istiqazların payına düşüb.
Qeyd edək ki, “CFI Financial İnvestisiya” bu ilin ilk ayında daxili birjada dövriyyəsi ən çox azalan şirkət olub.
Xatırladaq ki, "AzFinance Investment Şirkəti" ötən ilin avqust "CFI Financial Group"a satıldıqdan sonra rebrendinqini elan edib və "CFI Financial İnvestisiya Şirkəti"nə çevrilib. Şirkətə böyük maya qoyulduğu deyilsə də, hələlik sələflərinin performansını göstərmək mümkün olmayıb.