Bakı. Trend:
Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində birsıra aktual məsələlərə toxundu və mühüm mesajlar verdi. Dövlətbaşçısının sözügedən müsahibəsi həm də növbəti dəfə Azərbaycanınbeynəlxalq mövqeyinin təqdimatı oldu.
Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı SəbinəSalmanova deyib.
Onun sözlərinə görə, dövlət başçısı müsahibəsində Azərbaycan-Çinmünasibətləri ilə bağlı fikirlərini ifadə edib, ölkələr arasındaəlaqələri yüksək qiymətləndirib:
“Azərbaycan həmişə Çinlə əlaqələrə böyük önəm verir. Ötən dövrərzində bu əlaqələr yüksələn xətlə inkişaf edib. Azərbaycan-Çinəlaqələrinin inkişafında dövlət başçılarının şəxsi dostluqmünasibətləri də mühüm rol oynayır. Təsadüfi deyil ki, Çin XalqRespublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham ƏliyeviÇinin “böyük dostu” adlandırıb. Hazırda Azərbaycan-Çinmünasibətləri özünün inkişaf dövrünü yaşayır. 2024-cü ildə dövlətbaşçılarının imzaladıqları strateji tərəfdaşlıq haqqında sənədölkələrimiz arasındakı münasibətlərdə yeni səhifə açıb”.
Deputat xatırladıb ki, bu yaxınlarda Azərbaycana səfər etməkistəyən Çin vətəndaşları viza almaq tələbindən azad edilib.
“Hazırda ölkəmizə gələn Çin vətəndaşları heç elektron viza üçündə müraciət etmək məcburiyyətində deyillər. Dövlət başçısımüsahibəsində bu məsələyə toxunaraq bildirdi ki, ümidvarıq ki,tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq. Buda turistlərin sayını artıracaq, xalqlarımızın bir-birinə daha dayaxınlaşmasına yol açacaq”, - deyə S.Salmanova qeyd edib.
Milli Məclisin deputatı Ramid Namazov isəTrend-əaçıqlamasında Prezident İlham Əliyevin CGTN telekanalınamüsahibəsində toxunduğu məsələlərə diqqət çəkib:
“Müsahibədə yeni beynəlxalq münasibətlər sistemində regionun gücmərkəzinə çevrilən Azərbaycanın strateji yeri və fəal rolu, qlobalinteqrasiya proseslərində əldə etdiyi misilsiz nailiyyətlər, ocümlədən, Çinlə artan iqtisadi-siyasi təmasların bölgəyə gətirdiyiyeni potensiallar və digər mühüm məqamlara toxunulub. Prezidentİlham Əliyevin cavablandırdığı sualların hər biri müasir dünyareallıqlarına obyektiv baxışı əks etdirməklə yanaşı, cəsarətliliderin siyasi keyfiyyətlərini əks etdirmiş olur”.
Millət vəkili xatırladıb ki, Azərbaycan-Çin münasibətlərininmöhkəm təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.
“Prezident İlham Əliyevin müdrik siyasəti və strateji yanaşmasıilə bu əlaqələr daha da inkişaf edərək genişlənib. Azərbaycan vəÇin liderlərinin dost münasibətləri və siyasi iradələri sayəsində2024-cü il iyulun 3-də iki ölkə arasında əməkdaşlığın gələcəyinimüəyyən edən əsas sənəd ‒ “Azərbaycan Respublikası ilə Çin XalqRespublikası arasında strateji tərəfdaşlığın qurulması haqqındaBirgə Bəyannamə” qəbul edilib.
BMT-nin beş daimi üzvündən biri kimi Çin Xalq Respublikasınınrəsmi strateji tərəfdaşına çevrilən ölkəmizin ikitərəfli siyasidialoqa verdiyi töhfələr, eyni zamanda, bütün region dövlətlərinədə faydalar gətirir. Azərbaycanın Çinlə bütün sahələrdətəmaslarının güclənməsi qlobal və regional layihələrin həyatakeçirilməsində mühüm rol oynayır. Ölkələrimiz arasında beynəlxalqvə regional təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıqmövcuddur və bu əlaqələr Mərkəzi Asiya, Xəzər hövzəsi və CənubiQafqazda sabitliyə və sülhə yeni ruh gətirir”, - deyə R.Namazovqeyd edib.