AZ

5000 müəllim imtahandan kəsildi, işsiz qaldı: "Builki rəqəmlər keçənilki rəqəmlər qədər ağır olacaq"

Azərbaycanda son illərdə təhsilin keyfiyyətinin artırılması məqsədilə müəllimlərin sertifikatlaşdırılması prosesi başlanıb. Bu proses, müəllimlərin peşəkar bacarıqlarını qiymətləndirmək və onların tədris sahəsindəki səviyyələrini yüksəltmək məqsədi güdür.
Lakin, indiyə qədər, ümumilikdə, sertifikasiya imtahanından keçmədiyi üçün 5000-ə yaxın müəllimin işinə xitam verilib. Bunun səbəbləri, yarımçıq qalan sertifikatlaşdırma prosesinin davamı necə olacaq. Ekspertlər nə düşünür?

Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov "Sitat.info" saytına açıqlamasında bildirib ki, builki rəqəmlər keçənilki rəqəmlər qədər ağır olacaq:

"2022-ci ildə ilk dəfə ibtidai sinif müəllimləri sertifikatlaşmadan keçmişdi və ibtidai sinif müəllimlərinin sayı ölkədə olan digər fənlər üzrə olan müəllim sayından xeyli artıqdır: “Azərbaycanda ibtidai sinif müəllimlərinin sayı çoxluq təşkil edir. Bir çox rəqəmlərdə 40 minə yaxın, bəzən isə 30 mindən bir qədər artıq göstərilir. ”2023-cü  ildə Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikatlaşmadan keçdi və birinci mərhələdə sertifikatlaşmadan kəsilən və ya iştirak etməyənlər bir ildən sonra yenidən sertifikatlaşmaya cəlb olundu. Onların içərisində 4500-ə yaxını ibtidai sinif müəllimidir. Təqribən 500-ə yaxın Azərbaycan dili və ədəbiyyat, Azərbaycan ədəbiyyat və rus dili ədəbiyyat müəllimləridir. Builki rəqəmlər düşünürəm ki, keçən ilki rəqəmlər qədər ağır olacaq".

Ekspert bildirib ki, təqribən iki fənn üzrə ümumilikdə  3700 müəllim sertifikasiya imtihanından kəsilib: "2024-cü ildə isə riyaziyyat və xarici dil müəllimlərinin sertifikatlaşma prosesində 3000-ə yaxın xarici dil müəllimi sertifikatlaşmanın birinci mərhələsindən kəsilib  eyni zamanda, təqribən 700-ə yaxın riyaziyyat müəllimi sertifikatlaşmanın birinci mərhələsindən kəsilib:” 2024-cü ildə  xarici dil və riyaziyyat müəllimlərini, sertifikatlaşmanın birinci mərhələsindən kəsilənlərin sayı dörd minə yaxındır,  tam olaraq 3500 nəfərdən artıqdır. Onların ikinci sertifikatlaşması keçiriləcək. Builki rəqəmlər düşünürəm ki, keçən ilki rəqəmlər qədər ağır olacaq. Xüsusilə də xarici dil müəllimləri arasında hər iki mərhələdən keçməyənlərin sayı daha çox olacaq. Bu da onunla bağlıdır ki, xarici dil müəllimlərimizin əksəriyyəti tədris etdiyi dildə xarici dildə ünsiyyət belə qura bilmirlər. Onların ikinci sertifikatlaşdırması keçiriləcək.


Ekspert qeyd edib ki, bu il fizika, kimya, biologiya, coğrafiya müəllimlərinin  ilk  dəfə sertifikatlaşmaya cəlb olunacaqlar: ”Hazırkı vəziyyətdə  belə deyə bilərik ki,  ibtidai sinif və Azərbaycan dili ədəbiyyat müəllimlərinin sertifikatlaşması prosesi tamamilə başa çatmayıb. Sosial məzuniyyətdə olub, geri qayıdan bir ili tamam olanlar, o cümlədən yeni işə başlayıb, 3 illiyi tamam olan ibtidai sinif müəllimləri və Azərbaycan dili ədəbiyyat müəllimləri də bu il sertifikatlaşmaya cəlb olunacaqlar”.

Tehran Yusifli,

Sitat.info

Seçilən
11
1
sitat.info

2Mənbələr