Misli Premyer Liqasının 23-cü turunda "Sumqayıt"ın qonağı olacaq "Zirə" oyuna tam heyətlə çıxa bilməyəcək.
Bunu Fanat.Az-a açıqlamasında "qartalların"ın sözçüsü Elmar Abdullazadə deyib:
"Braziliyalı mərkəz müdafiəçisi Ruan Renato cəzalıdır. Ceyhun Nuriyev, Yusuf Laval və Junior Martins zədəli olduqlarına görə "Sumqayıt"a qarşı oynamayacaqlar".
Qeyd edək ki, "Sumqayıt" - "Zirə" matçı fevralın 15-də keçiriləcək. Qarşılaşmanın start fiti 19:00-da səsləndiriləcək. 22 turdan sonra "Zirə" 34 xalla 3-cü, Sumayıtın eyniadlı təmsilçisi isə 22 xalla 7-ci pillədə mövqe tutub.
Nihat